Almazbek Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Almazbek Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb

Almazbek Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb

Müəllif: cavidan
//
09 Ağustos 2019
//
//

Almazbek Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb

Qırğızıstan polisi paytaxt Bişkekdə iğtişaşlar zamanı sabiq Prezident Almazbek Atambayevin 40-a yaxın tərəfdarını saxlayıb.

Redaktor.az-ın verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ötən gecə baş verən iğtişaşlarda 1500-ə yaxın şəxsin iştirak etdiyi bildirilir. Etirazçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularına od vurub, nəzarət kameralarını sındırıblar.

Məlumata görə, A. Atambayevin sabiq aparat rəhbəri Fərid Niyazov da həbs edilib. O, sabiq dövlət başçısının saxlanılması ilə bağlı keçirilən əməliyyatda xüsusi təyinatlıları girov götürməkdə ittiham edilir.

A. Atambayevin müşaviri Kunduz Joldubayeva bildirib ki, Fərid Niyazov 48 saat müddətinə saxlanılıb.

F. Niyazov 2017-ci ilə qədər A. Atambayevin Administrasiyasına rəhbərlik edib. Həmçinin o, indiki prezident Sooronbay Jeenbekovin seçki qərargahının rəhbəri olub.

Qeyd edək ki, Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.//Apa.az

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam