Azərbaycanlıdan Rusiyada ağılasığmaz olay: 4 MİLYONLUQ DƏLƏDUZLUQ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanlıdan Rusiyada ağılasığmaz olay: 4 MİLYONLUQ DƏLƏDUZLUQ

Azərbaycanlıdan Rusiyada ağılasığmaz olay: 4 MİLYONLUQ DƏLƏDUZLUQ

Müəllif: cavidan
//
08 Ağustos 2019
//
//

Azərbaycanlıdan Rusiyada ağılasığmaz olay: 4 MİLYONLUQ DƏLƏDUZLUQ

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı həbs edilib.

Məlumata əsasən, o, daşınmaz əmlakla bağlı dələduzluqda ittiham olunur. Azərbaycanlıya qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 159-cu maddəsi üzrə cinayət işi qaldırılıb.

Məlum olub ki, qeydiyyatsız miqrant şəhərdə qalmağın qeyri-qanuni yolunu tapıb: Novatorlar bulvarındakı mənzilin satışı haqqında sənədləri saxtalaşdırıb. Saxtalaşdırılmış alqı-satqı sənədində əsl mülkiyyətçinin adını, alıcı qismində isə dostunun məlumatlarını qeyd edib. Sonra isə bütün sənədləri Admiralteyski rayonunun müvafiq idarəsinə təqdim edib.

Nəticədə, mülkiyyət hüququ yanlış şəxsə verilib, yaşayış sahəsinin sahibi isə 4 milyon manat ziyana düşüb.

Adı çəkilməyən azərbaycanlı əvvəllər də saxta sənədlər tərtib etməkdə ittiham olunub. Belə ki, bundan öncə qeyri-qanuni şəkildə mühafizə firmasını qeydiyyata aldırmışdı.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam