Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA

Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA

Müəllif: cavidan
//
08 Ağustos 2019
//
//

Atambayevi həbs etmək hələ mümkün olmayıb - 1 ölü, 50 yaralı - QARŞIDURMA

Qırğızıstan xüsusi təyinatlılarının keçmiş prezidenti Almaz Atambayevi saxlamaq cəhdi baş tutmayıb.



Modern.az Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, kriminal avtoritet Əziz Batukayevin həbsdən qanunsuz azad edilməsində əli olduğu iddia olunan sabiq prezident Atambayevin 3 dəfə istintaqa ifadə verməkdən imtina etməsi toqquşmalara səbəb olub.


Almaz Atambayevi Çuy rayonunun Koy-Taş kəndindəki evindən Prokurorluğa aparmağa gələn xüsusi təyinatlılar yerli sakinlərin müqaviməti ilə rastlaşıblar.



Son məlumatlara görə, Atambayevin tərəfdarları və xüsusi təyinatlılar arasında toqquşmalarda 50 nəfər yaralanıb. Hadisələr zamanı 1 xüsusi təyinatlı ölüb, 6-sı isə Atambayev tərəfdarları tərəfindən girov götürülüb. Hazırda eks-prezident tərəfdarları ilə Koy-Taş kəndindəki evindədir.

Həlak olan "Alfa" xüsusi təyinatlı qrupu komandirinin müavinidir.


Ölkənin daxili işlər nazirinin müavini Asanovun xüsusi təyinatlıları azad etmək cəhdi isə baş tutmayıb. Sakinlər hadisələrin baş verdiyi Koy-Taş kənində elektrik enerjisinin verilişinin bərpasını, telefon və internetin yenidən verilməsini tələb ediblər.



Xatırladaq ki, vəziyyətin gərginləşməsi ilə bağlı bu gün Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun başçılığı ilə Təhlükəsizlik Şurasının və parlamentin növbədənkənar iclaslarının keçirilməsi gözlənilir.

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.


Sabiq prezident Almazbek Atambayev isə avqustun 7-dən 8-nə gecə keçən “Aprel” televiziya kanalı vasitəsilə xalqa müraciət edib.

“Mən sizə kədərlə müraciət edirəm. Bugünkü iqtidar ölkə Konstitusiyasını pozaraq öz xalqına odlu silahlardan atəş açır. Bu, çox utandırıcı bir haldır. Atambayev və onun ətrafına toplaşanlar terrorçu deyil. İqtidara demək istəyirəm, dayanın və öz xalqınıza güllə atmayın".

Almazbek Atambayev güc strukturlarına müraciətlə deyib: “Bu gün sizə atəş əmri verənlər ölkədən qaçacaq, ancaq siz qalacaqsınız. Siz xalq qarşısında and içmisiniz, bu gün onlara güllə atırsınız”, deyən sabiq prezident, həmçinin tərəfdarlarına da təşəkkürünü bildirib.
Xatırladırıq ki, Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam