Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Müəllif: cavidan
//
07 Ağustos 2019
//
//

Maqnit qasırğası kimlərə təsir edəcək? - Xəbərdarlıq

Şəkərli diabet, bronxial astma kimi xəstəlikləri olan şəxslər maqnit qasırğası olan müddətdə həkim nəzarətində olmalıdırlar.

Redaktor.az xəbər verir ki, bu sözləri Şamaxı Astrofizika Rəsədxanasının avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumatına münasibət bildirən tibb eksperti, professor Adil Qeybulla deyib.

O bildirib ki, maqnit qasırğaları yaşından asılı olmayaraq meteohəssas insanlara mənfi təsir göstərir:

"Maqnit qasırğası təzyiqi tez-tez dəyişən, damarlarında spazma gedən insanlar daha çox təsir edir. İqlim dəyişmələrinə həssas olan insanlar bu cür hava şəraitində daha diqqətli olmalıdırlar. Yaxşı olardı ki, maqnit qasırğası gözlənilən günlərdə müəyyən xəstəlikləri olan insanlar həkimləri ilə məsləhətləşsinlər və onları nəzarətində olsunlar.

Bronxial astma, şəkərli diabet, xroniki xəstəlikləri olan insanlar bu cür hava şəraitində səhhətlərinə diqqət etməli və lazım olan dərmanları qəbul etməlidirlər. Meteohəssas insanların bu dövrü ev şəraitində keçirməsi daha məqsədəuyğun olardı”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 5-dən 7-dək maqnit qasırğası olacağı ilə bağlı məlumat yayıb. /medicina.az/
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam