Gülər Əhmədova 3 mətbu orqanı məhkəməyə verməyə hazırlaşır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Gülər Əhmədova 3 mətbu orqanı məhkəməyə verməyə hazırlaşır

Gülər Əhmədova 3 mətbu orqanı məhkəməyə verməyə hazırlaşır

Müəllif: amil
//
01 Ocak 2013
//
//

Gülər Əhmədova 3 mətbu orqanı məhkəməyə verməyə hazırlaşır




Bu sözləri Press24.az-a keçmiş millət vəkili Gülər Əhmədova verib. Gülər Əhmədovanın sözlərinə görə, əsasən ona üç mətbu orqan qərəzli münasibət sərgiləyir və mütəmadi olaraq bu kampaniyanı davam etdirirlər: “Bunlar “Yeni Müsavat” qəzeti, “Qafqazinfo.az” və “Modern.az” xəbər portallarıdır. Həmin mətbu orqanların baş redaktorları elə hesab edirlər ki, mənim başımın qarışıq olduğundan istifadə edib, Gülər Əhmədovaya qarşı apardıqları qərəzli kampaniyanın cavabını almayacaqlar. Bu mətbu orqanların mənimlə bağlı yaydıqları hər bir qərəzli məlumatı vəkilimlə birgə toplayıram. Həmin qərəzli materialların müəllifləri və bu məlumatları yayan mətbu orqanların baş redaktorları qanun qarşısında cavab verməli olacaqlar. Çünki onlar mənim təqsirsizlik prezumpsiyasından tutmuş, konstitusion hüquqlarıma qədər pozublar. Buna görə vaxtı gələndə qanun qarşısında cavab verməli olacaqlar”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam