Ermənistan haqq tələb etmək vəziyyətində deyil - Belaruslu ekspert » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ermənistan haqq tələb etmək vəziyyətində deyil - Belaruslu ekspert

Ermənistan haqq tələb etmək vəziyyətində deyil - Belaruslu ekspert

Müəllif: cavidan
//
02 Ağustos 2019
//
//

Ermənistan haqq tələb etmək vəziyyətində deyil - Belaruslu ekspert

Minsk Bakının yaxın müttəfiqidir, Azərbaycan və Belarus liderləri dostluq edirlər. Eyni zamanda, Ermənistan Belarusun üzv olduğu Avrasiya İqtisadi İttifaqına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxildir.

Bununla belə, qeyd etmək lazımdır ki, Yerevan Belarus silahlarının Azərbaycana tədarükü və KTMT-nin baş katibi məsələlərinə görə Minskə bir neçə dəfə irad tutub. Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib. Belarus Azərbaycanın ərazi bütövlüyünü bütün səviyyələrdə ardıcıl dəstəkləyir ki, bu da erməni tərəfinin xoşuna gəlmir.

Belarus və Ermənistan arasında nə baş verir? Belarusdan Qarabağ münaqişəsi necə görünür? Media.Az bu sulları Belarusun tanınmış politoloqu Mixail Malaşa ünvanlayıb.

- Azərbaycanla müqayisədə Belarusun Ermənistanla nominal olaraq daha dərin münasibətləri var. Lakin Azərbaycanla əmtəə dövriyyəsi 10 dəfə daha böyükdür. Ermənistan və Belarusun bir-birinə təklif edəcəyi az şey var. Gürcüstanda ikizolaqlı hərəkət hissəsi olan tunel işə salınarsa, ticarəti aktivləşdirmək mümkündür. Ermənilərin yaradılacaq imkanlardan nə qədər istifadə edə biləcəyini müşahidə etmək maraqlı olacaq. Artıq öz iqtisadi problemlərini üçüncü ölkələrin nəqliyyat blokadasının üzərinə atmaq mümkün olmayacaq.

- Bəs Qarabağ münaqişəsi barədə nə düşünürsünüz?

- Uzunmüddətli dondurulmuş münaqişələr tarixi dövrlər dəyişən zaman həll edilir. Bu, politologiyada beynəlxalq münasibətlər sistemi adlanır. Bu dövrlər bir-birindən böyük müharibələr və ya siyasi böhranlarla ayrılıb. Bununla da güman etmək olar ki, dünya arxitekturası yenidən formalaşanda Dağlıq Qarabağ münaqişəsi də həll olunacaq.

2024-cü ildən sonra yaxın xarici ölkələrin geosiyasi çəkisi kəskin artacaq. İranı özündən ayıran Azərbaycan Rusiya üçün ən önəmli ölkələrdən biri olacaq. Rusiya üçün İranla müttəfiqliyin əhəmiyyəti yeni şəraitdə kəskin artacaq. Azərbaycanın tranzit-geosiyasi rolu da artır.

- Əminsiniz ki, Qarabağ münaqişəsi daxil olmaqla, münaqişələr tənzimlənəcək?

- Bəli. Vasitəçilər ədalət ideyasından çıxış edərək bu məkandakı bütün münaqişələri nizamlayacaqlar. Moskvanın bu şərtlərdə təklif etdiyi münaqişənin kompromis yolu ilə həlli hətta münaqişənin ən zəif tərəfinə sərf edəcək. Çünki bu, ona öz xalqının gözündə simasını qorumağa imkan verəcək.

Bu münaqişələrin davamlı olaraq uzadılmış vəziyyətdə qalması münaqişənin təkcə ən güclü deyil, həm də ən zəif tərəflərinə ağırlıq edir. Onlar yalnız xarici dəstək hesabına yaşayırlar və imic səbəbindən geri qala bilməzlər. Hərçənd münaqişənin vurduğu ümumi zərər separatçı tərəf üçün əvvəlcə görünən uduşu üstələyib.

Fikrimcə, Ermənistan və Azərbaycan arasında münaqişə belə həll olunacaq: Dağlıq Qarabağ ərazisi Azərbaycana qaytarılacaq. Dağlıq Qarabağ muxtariyyət alacaq. Azərbaycan Ermənistan kimi bütün inteqrasiya qurumlarına daxil edilə bilər, lakin reallıqda orada Ermənistan daha böyük rol oynayacaq.

Sülhməramlı kontingent müəyyən müddətə münaqişə zonasına yeridilə bilər. Ola bilsin ki, həmin kontingent yalnız rusiyalı hərbçilərdən deyil, həm də MDB-nin digər ölkələrinin nümayəndələrindən təşkil olunsun.

Ermənistan dağlar arasında sıxılıb qalmış kiçik dövlətdir və nüfuzetmə resurlarına malik deyil. Ermənistan haqq tələb etmək vəziyyətində deyil. Hazırda ermənilər keçmişdə onlara öz mövqelərində qalmağa əminlik verən intellektual-maarifləndirici üstünlüyə sahib deyillər. Münaqişə və onunla bağlı yoxsulluq artıq hamını bezdirib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam