Sumqayıtda avtobusla maşın toqquşub, iki nəfər ölüb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sumqayıtda avtobusla maşın toqquşub, iki nəfər ölüb

Sumqayıtda avtobusla maşın toqquşub, iki nəfər ölüb

Müəllif: Anar
//
31 Aralık 2012
//
//

Sumqayıtda avtobusla maşın toqquşub, iki nəfər ölüb

Sumqayıt şəhərində “Slavuta” markalı minik avtomobili ilə “İsuzu” markalı sərnişin avtobusu toqquşub.

xeberleragentliyi.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin “112” qaynar xəttinə daxil olmuş məlumatda bildirilib.

Məlumata görə, qəza nəticəsində “Slavuta” markalı minik avtomobili deformasiyaya uğrayıb, avtomobilin sürücüsü, 1979-cu il təvəllüdlü Əhmədov Zaur Aqil oğlu və sərnişin Hüseynov Rasim Möhsün oğlu hadisə yerində ölüb.

Dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsədləri çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam