ABŞ Braziliyanı “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıyıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ Braziliyanı “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıyıb

ABŞ Braziliyanı “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıyıb

Müəllif: cavidan
//
01 Ağustos 2019
//
//

ABŞ Braziliyanı “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıyıb

ABŞ Braziliyanı rəsmən “NATO üzvü olmayan əsas müttəfiq” kimi tanıyıb.

APA-nın “The Hill” qəzetinə istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti Donald Tramp bununla bağlı memorandum imzalayaraq dövlət katibi Mayk Pompeoya göndərib.

Braziliya “NATO üzvü olmayan əsas müttəfiq” kimi müdafiə sahəsində ABŞ-la əməkdaşlıq edən prioritet ölkələrin kateqoriyasına daxil edilib.

Bununla Braziliya ABŞ-dan silah alan prioritet ölkələrindən biri olacaq, Pentaqonun təşkil etdiyi silah tenderlərində iştirak edəcək və ABŞ qoşunları ilə birgə təlimlər keçə biləcək.

Qeyd edək ki, may ayında ABŞ prezidenti Donald Tramp bununla bağlı Konqresə niyyət məktubu göndərib.

Xatırladaq ki, bu kateqoriyada İsrail, Yaponiya, Cənubi Koreya və Avstraliya daxil olmaqla 16 ölkə var.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam