Türkiyəli mütəxəssislər Azərbaycana yola düşdü - MiQ-29-un axtarışları üçün » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Türkiyəli mütəxəssislər Azərbaycana yola düşdü - MiQ-29-un axtarışları üçün

Türkiyəli mütəxəssislər Azərbaycana yola düşdü - MiQ-29-un axtarışları üçün

Müəllif: cavidan
//
31 Temmuz 2019
//
//

Türkiyəli mütəxəssislər Azərbaycana yola düşdü - MiQ-29-un axtarışları üçün

İyulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər İstanbuldan Azərbaycana yola düşüblər.

Unikal.org xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Heyətə Türkiyənin Dəniz Donanmasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar təyyarənin və pilotun axtarışlarında iştirak edəcəklər.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur.

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

Əməliyyatlara əlavə qüvvələrin qatılması məqsədilə Türkiyə Respublikasının aidiyyəti qurumlarına da müraciət olunmuşdu.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam