Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

Müəllif: cavidan
//
27 Temmuz 2019
//
//

Cəbhədə təxribat: Ermənilər hərbi yük maşınını atəşə tutdu

Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə məlumatla əlaqədar bildiririk ki, təmas xəttində yerləşən sər­həd döyüş mövqelərinə qarşı düş­mən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib.


Bu barədə Qaynarinfo-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.


Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqa­mətdə hərəkətdə olan "Ka­maz” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avto­mobilin ön şüşəsinə dəyib.


Düşmən snayperinin atəş nöqtəsi cavab atəşilə susdurulub.


Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının bölmələri Azər­bay­can-Ermənistan dövlət sər­­hə­dində tə­mas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət edir
Xəbər Lenti Giriş Populyar Reklam