Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb

Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb

Müəllif: cavidan
//
27 Temmuz 2019
//
//

Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazanıb

Azərbaycan gimnastı Səməd Məmmədli Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıb.

APA-nın məlumatına görə, idman gimnastlarının ayrı-ayrı hərəkətləri üzrə finallara qatılan təmsilçimiz dəstəli atda ikinci yeri tutub.

O, 13,600 xal toplayaraq festivalda ilk mükafatına yiyələnib. Bunadək sərbəst hərəkətlərdə 13,733 xal yığan S.Məmmədli 6-cı yerlə kifayətlənmişdi. Hər iki növdə çempion adına ukraynalı Nazar Çepurnı yiyələnib.

Qeyd edək ki, bu medal Azərbaycan gimnastlarının festivaldakı ilk uğurudur. Bunadək təmsilçilərimiz yalnız güləşlə cüdoda fərqlənmişdi. İdmançılarımız ümumilikdə 9 qızıl, 7 gümüş və 5 bürünc əldə edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam