Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

Müəllif: cavidan
//
26 Temmuz 2019
//
//

Azərbaycan Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazandı

İyulun 26-da Azərbaycan cüdoçusu Hüseyn Məmmədov (+90 kq) XV Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanıb.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, finalda rusiyalı idmançı Əhməd Maqomedova qalib gələn cüdoçumuz festivalın çempionu olub.

Qeyd edək ki, səkkizdəbir finalda Almaniya təmsilçisi Daniel Udsilauriyə ippon, dörddəbir finalda yunanıstanlı Aristotelis Aris Leonidisə vazari xalı ilə qalib gəlib. İdmançımız yarımfinalda moldovalı Alin Bagrini ipponla məğlub edib.

Bu çəki dərəcəsində bürünc medalları italiyalı Cean Karlettini məğlub edən gürcüstanlı Giqa Tatiaşvili və moldovalı Alin Baqrinə qalib gələn fransalı Mathias Anlion qazanıblar.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam