“Gətirdiyimiz heyvanlar tələf olub” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Gətirdiyimiz heyvanlar tələf olub”

“Gətirdiyimiz heyvanlar tələf olub”

Müəllif: Anar
//
01 noyabr 2012
//
//

“Gətirdiyimiz heyvanlar tələf olub”
“İndiyə qədər respublikamıza 5 minə yaxın damazlıq mal-qara gətirilib. Bu mal-qaranın ölkəmizdəki artımından sonra onların sayı 7300-ü keçib.

Bundan sonra daha 1200 heyvanın gətirilməsi nəzərdə tutulur”.Bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri İsbət Abasov bildirib.

Nazir vurğulayıb ki, damazlıq heyvanlar xüsusi qulluq tələb edir: “Etiraf edirəm ki, belə heyvanların ölkəyə gətirilməsi üzrə proqramın ilk illərində düzgün qulluq həyata keçirilmədiyinə və lazımi şəraitin yaradılmadığına görə, bir neçə damazlıq heyvan tələf olub”.

İ. Abasovun sözlərinə görə, hazırda belə heyvanlar yalnız müvafiq şəraiti olan təsərrüfatlara ayrılıb ki, bu da onların səmərəli istifadə edilməsinə imkan verir: “Biz iqtisadi inkişaf nazirliyi ilə birlikdə həyata keçirilən layihələr çərçivəsində belə heyvanları ölkəmizdə yeni yaradılan heyvandarlıq komplekslərinin sifarişi əsasında gətiririk. Bu daha effektlidir və belə heyvanların alınması üçün demək olar ki, növbə yaranıb”.
Xəbər Lenti Giriş Populyar Reklam