Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Müəllif: cavidan
//
23 Temmuz 2019
//
//

Yasamalda azyaşlıya qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Yasamal rayonu ərazisində azyaşlıya qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xeberleragentliyi.com-a verilən məlumata görə, zərərçəkənin valideynləri Yasamal Rayon Polis İdarəsi 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşlarınını həyata keçirdikləri əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Rəsul Hüseynov saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadının pul kisəsini oğurladığı da müəyyən edilib. Həmin vaxt Rəsul Hüseynov zərərçəkənə 500 manat maddi ziyan vurub.

Faktla bağlı 28-ci Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, oğurluq və soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Yasamal RPİ və ya 28-PB-nə müraciət edə bilərlər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam