Azərbaycan prezidenti “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan prezidenti “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Azərbaycan prezidenti “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Müəllif: Anar
//
30 dekabr 2012
//
//

Azərbaycan prezidenti “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib

Dekabrın 29-da Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və 1 nömrəli “ASAN xidmət” mərkəzinin binası istifadəyə verilib.

devletpress.az-ın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı – Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək.

Prezident İlham Əliyev binada yaradılmış şəraitlə tanış olub.
Xəbər Lenti Giriş Populyar Reklam