Daha bir qızıl qazandıq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Daha bir qızıl qazandıq

Daha bir qızıl qazandıq

Müəllif: cavidan
//
22 Temmuz 2019
//
//

Daha bir qızıl qazandıq

Azərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Xeberleragentliyi.com goal.az-a istinadən xəbər verir ki, 48 kq çəkidə yarışan idmançı həlledici görüşdə Xviça Abuladze ilə (Gürcüstan) üz-üzə gəlib.

Qarşılaşmada qalib gələn Azərbaycan təmsilçisi qızıl medal əldə edib.

Bu gün Azərbaycanın daha 4 güləşçisi final, biri isə bürünc medal uğrunda görüşünə çıxacaq.

Qeyd edək ki, ilk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal əldə edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam