Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı

Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı

Müəllif: cavidan
//
20 Temmuz 2019
//
//

Bakı metrosunda qadını öldürmək istəyən şəxsin şikayəti təmin olunmadı

Bakı Apellyasiya Məhkəməsində sevgilisini bıçaqlayaraq ölümə cəhddə təqsirli bilinən Vahid Abdullayev barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Xeberleragentliyi.com APA-ya istinadən xəbər verir ki, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V. Abdullayevin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 4-də Bakı metropoliteninin "Nəsimi" stansiyasının platformasında baş verib.

V. Abdullayev 1972-ci il təvəllüdlü Elnarə Quliyevanı bıçaqlayıb. Hadisə yerindən qaçmağa cəhd edən V. Abdullayev daha sonra saxlanılıb.

Məlumata görə, o, E. Quliyeva ilə qeyri-rəsmi nikahda olub və hadisə qısqanclıq zəminində baş verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V. Abdullayev 11 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam