Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Müəllif: cavidan
//
20 Temmuz 2019
//
//

Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 30 cinayətin üstü "isti izlər"lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Xeberleragentliyi.com-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 59 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 6 nəfər, borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam