Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Müəllif: cavidan
//
19 Temmuz 2019
//
//

Jurnalistlər üçün tikilən 3-cü yaşayış binası gələn il təhvil verilə bilər

Jurnalistlər üçün tikilən üçüncü yaşayış binasının gələn il Mətbuat Günündə təhvil verilməsi nəzərdə tutulur.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bunu Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, artıq jurnalistlər üçün 2 bina tikilərək istifadəyə verilib. Həmin binalarda 411 jurnalist yaşayır: "Mediaya göstərdiyi dəstəyə görə mətbuat nümayəndələri adından Azərbaycan Prezidenti Ilham Əliyevə təşəkkür edirəm. Azərbaycan mətbuatına dövlət dəstəyi bundan sonra da davam edəcək".
Xəbər Lenti Giriş Populyar Reklam