ABŞ Azərbaycana 100 milyon dollar ayırdı - Bu artımın SƏBƏBİ NƏDİR?- ŞOK » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » ABŞ Azərbaycana 100 milyon dollar ayırdı - Bu artımın SƏBƏBİ NƏDİR?- ŞOK

ABŞ Azərbaycana 100 milyon dollar ayırdı - Bu artımın SƏBƏBİ NƏDİR?- ŞOK

Müəllif: cavidan
//
18 Temmuz 2019
//
//

ABŞ Azərbaycana 100 milyon dollar ayırdı - Bu artımın SƏBƏBİ NƏDİR?- ŞOK

Bu yaxınlarda ABŞ Konqresi Azərbaycana silah, özəlliklə hava hücumlarına qarşı silahların satışını qadağan edən qanun layihəsini qəbul edib. Layihəyə səs verənlərin əksəriyyəti Demokratlar, sponsoru isə erməni lobbisinə yaxın Konqres üzvü olub. Layihənin qanuni qüvvəyə minməsi üçün, onun Senatda təsdiqlənməsi və Prezident tərəfindən imzalanması gərəkdir. Bu, olduqca təəccüblü addımdır. Çünki ABŞ onsuz da bizə silah satmırdı.

Doğrudur, erməni lobbisinin hər fürsətdə bizə qarşı bir qanun və ya qərar layihələrini qəbul etdirmək marağı, Demokratların da bu cür layihələrə səs vermək həvəsi məlumdur. Ancaq ABŞ Konqresinin birdən-birə belə layihəni qəbul etməsi (faktı) nədən qaynaqlanır?

Redaktor.az bildirir ki, məsələyə siyasi şərhçi Erkin Qədirli aydınlıq gətirib. E. Qədirli hesab edir ki, bunun arxasında Azərbaycanın xeyrinə olan və erməniləri (bir tək onları deyil - Rusiyanı və İranı) narahat edən faktlar var:



“Belə ki, Vaşinqtonda yerləşən Beynəlxalq Siyasət Mərkəzinə (Center for İnternational Policy) bağlı olan və ABŞ-ın təhlükəsizlik xərclərini araşdıran “Security Assistance Monitor” proqramının yaydığı məlumata görə, ABŞ Prezidenti Tramp 2018-2019-cu maliyyə ili üçün Azərbaycana 100 milyon dollardan bir qədər artıq pul ayırıb. Müqayisə üçün, 2016-2017 maliyyə ili üçün ayrılmış pulun məbləği cəmi 3 milyon dollar olub. Bir ilin içində 97 milyon artımın bir izahı olmalıdır. Ayrılmış 100 milyon dolların təyinatına baxanda çox şey aydın olur. Bu pul Azərbaycanın cənub sərhəddinin gücləndirilməsinə yönəlib. Oraya tikinti qurğuları, elektronik cihazlar, rabitə və nəqliyyat vasitələri, izləmə texnologiyaları və s. daxildir. Bir qədər məbləğ isə Xəzərdə təhlükəsizliyə yönəlib. Buradan, bəzi başqa faktlarla müqayisəni əlavə edərək, bəlli bir güman qurmaq olar. Məsələn, Azərbacanın Ermənistanla sərhəddən Müdafiə Nazirliyinə aid hissələri götürüb yerinə sərhəd qoşunlarına aid hissələrini yerləşdirməyin konteksti aydın oldu. ABŞ-ın cənub sərhədlərimizin gücləndirilməsinə ayırdığı pulun hesabına öz büdcəmizdən başqa sərhədlərimizi gücləndirmək imkanımız yarandı. Üstəlik, Ermənistanla sərhəddən götürülmüş MN hissələri indi birbaşa Qarabağa yönəldilə bilər”.

E. Qədirli qeyd edib ki, Gürcüstanla sərhəddimizdə Rusiyanın təxribatı indi daha aydın görünür:

“Rusiya gücümüzü Ermənistandan yayındırmaq, Gürcüstanla bizim aramızda əlavə münaqişə yaratmaq istəyir. Bu, şübhəsiz ki, İranın da xeyrinə olardı. Qərbin bu bölgədə dayağı Azərbaycandır və Azərbaycanı bir tək və ya artıq çoxdan Ermənistana qarşı silahlandırmırlar. Ermənistana qarşı gücümüzü çoxdan yığmışıq, fürsət yaranan kimi vuracağıq”.

E. Qədirli bir maraqlı detala da diqqət çəkib:

“Tramp Ermənistana təhlükəsizlik xərcləri üçün cəmi 2 milyon dollar ayırıb. Ermənilər də buna görə çox narahat olublar. Araşdırmada güman olunur ki, Tramp bunu Ermənistanı Suriyada ruslara yardım üçün əsgər göndərdiyinə görə cəzalandırıb”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam