Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM

Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM

Müəllif: cavidan
//
18 Temmuz 2019
//
//

Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM

Baş Nazir Novruz Məmmədov Xoşbəxt Yusifzadəni qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

Sonxeber.az bildirir ki, SOCAR-dan verilən məlumata görə, Baş Nazir Novruz Məmmədov X.Yusifzadəni qəbul edib, mükafata layiq görülməsi münasibətilə onu təbrik edib, Prezidentin tapşırığı ilə yubiley medalını görkəmli neftçi-alimə təqdim edib.

N.Məmmədov X.Yusifzadəyə möhkəm cansağlığı arzulayıb və onun respublikanın neft sənayesinin inkişafı üçün bundan sonra da var qüvvəsi ilə çalışacağına əmin olduğunu bildirib.

Akademik ölkə neftçilərinə göstərdiyi böyük diqqət və qayğı üçün Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. O deyib ki, Azərbaycan neftçiləri dövlət başçısının tapşırıqlarına bundan sonra da şərəflə əməl edəcək, Azərbaycanın nefti və qazı ilə bağlı möhtəşəm layihələri uğurla həyata keçirəcəklər.

X.Yusifzadə onu qəbul etdiyi və yubiley medalını şəxsən təqdim etdiyi üçün dövlət başçısına minnətdarlığını bildirib.(report.az)

Prezidentdən bu şəxslə bağlı SƏRƏNCAM
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam