Fərhad Bədəlbəylinin 65 illik yubileyi qeyd olunub » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Fərhad Bədəlbəylinin 65 illik yubileyi qeyd olunub

Fərhad Bədəlbəylinin 65 illik yubileyi qeyd olunub

Müəllif: Anar
//
29 dekabr 2012
//
//

Fərhad Bədəlbəylinin 65 illik yubileyi qeyd olunub

Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor, Azərbaycanın və SSRİ-nin xalq artisti, bəstəkar Fərhad Bədəlbəylinin 65 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilib.

xeberleragentliyi.com-un əməkdaşı Səbuhi Rəsulovun məlumatına görə, tədbirdə dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak edib. Konsert Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Tofiq Quliyevin "Vals" musiqisi ilə başlanıb. Azərbaycan bəstəkarlarından Fikrət Əmirov, Niyazi, Vasif Adıgözəlov, Fərhad Bədəlbəylinin, eləcə də dünya klassiklərindən Françesko Çilea, Cakomo Puççini və Sergey Raxmaninovun əsərləri səslənən konsertdə Azərbaycan Dövlət Xor Kapellasının çıxışı da yer alıb.
Gecədə Fərhad Bədəlbəyli özü də royal arxasında özünün və xarici bəstəkarların əsərlərini ifa edib və konsert musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Xəbər Lenti Giriş Populyar Reklam