Azər Axşam barəsində saxta məlumat yayanları CƏZALANDIRACAQ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azər Axşam barəsində saxta məlumat yayanları CƏZALANDIRACAQ

Azər Axşam barəsində saxta məlumat yayanları CƏZALANDIRACAQ

Müəllif: cavidan
//
18 Temmuz 2019
//
//

Azər Axşam barəsində saxta məlumat yayanları CƏZALANDIRACAQ

Aparıcı Azər Axşam barəsində informasiya portallarında və sosial şəbəkələrdə yayılan saxta məlumatlarla bağlı hüquq müstəvisində tədbirlər görəcək.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə sənətçi Axşam.az-a məlumat verib.

Yazılı informasiyada deyilir:

"Bir neçə vaxtdır ki, naməlum şəxs və ya şəxslər tərəfindən internet informasiya ehtiyatında saxta istifadəçi adı ilə mənə qarşı böhtan kampaniyası aparılır, bəzi hallarda isə şərəf, ləyaqətimi və işgüzar nüfumuzu ləkələyən təhqiredici məlumatlar yayılır. Dözümlülük nümayiş etdirərək, şəxsin əməlindən əl çəkəcəyini düşünmüşəm. Lakin öz qeyri-etik, əxlaqi dəyərlərlə uzlaşmayan davranışlarını davam etdirən bu şəxs, hətta ayrı-ayrı saytlara verdiyim müsahibələrim məzmununu saxtalaşdırmaqdan, anamından adından saxta profil açıb bu vasitə ilə barəmdə həqiqətə uyğun olmayan, yalan məlumatları yazmaqdan belə çəkinməyərək, mənəviyyatsızlığa, vicdansızlığa yol verib.

Bu şəxslərin yazdığı məlumatları yayan media işçilərinə də təsadüf edilir. Buna görə də məsələnin hüquqi yolla həlli üçün hüquqşünaslara müraciət etmişəm.

Media nümayəndələrindən xahiş edirəm ki, saxta ad altında yazılan böhtan və təhqirlərin yayılmasına icazə verməsinlər".

Qeyd edək ki, bir neçə gün öncə A.Axşamın həyat yoldaşından əlil olduğu üçün ayrılması barədə xəbərlər yer alıb.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədə son durum Bugün, 09:49Cəbhədə son durum