Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Müəllif: Anar
//
29 Aralık 2012
//
//

OXUNUB:260
Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib. xeberleragentliyi.com-un məlumatına görə, müraciəti millət vəkili Azay Quliyev oxuyub.

Müraciətdə qeyd olunur ki, tarix milli həmrəyliyə nail ola bilməyən xalqların ciddi problemlərlə üzləşdiyini sübut edib: “Xalqımızın qüdrəti 10 milyonlarla soydaşımızın mütəşəkkilliyindən keçir. Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının ümid və istinad yeridir. Ona görə də hər bir azərbaycanlı Azərbaycan Respublikasının qazandığı uğurlarla fəxr edir. Buna görə də Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi böyük uğurdur”.

Müraciətdə vurğulanır ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən transmilli layihələrin həyata keçirilməsində böyük rol oynayır: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağı günü səbirsizliklə gözləyirlər. Qarabağ məsələsi ümummilli problemdir və bu problemin həllinə hamımız yardım göstərməliyik. Bütün soydaşlarımızın Vətən qarşısında borcu qüvvələrini birləşdirməkdən, torpaqlarımızın müdafiəsi istiqamətində çalışmaqdan ibarətdir”.

Milli Məclis dünya azərbaycanlılarını birliyə, milli-mənəvi dəyərlərimizin qorunmasına, ümummilli problemlərimizin həllində birləşməyə çağırıb.

Bununla da parlamentin payız sessiyası başa çatıb.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam