Zelenskidən öz sələfinə qarşı daha bir hücum » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Zelenskidən öz sələfinə qarşı daha bir hücum

Zelenskidən öz sələfinə qarşı daha bir hücum

Müəllif: cavidan
//
13 Temmuz 2019
//
//

Zelenskidən öz sələfinə qarşı daha bir hücum

Ukrayna Prezidenti Vladimir Zelenski keçmiş Prezident Petro Poroşenko və onun komanda üzvlərinin lüstrasiyasını nəzərdə tutan qanun layihəsini Ali Radaya təqdim edib.

Sputnik Azərbaycan bildirir ki, sözügedən qanun layihəsi parlamentin saytında dərc olunub.

Lüstrasiya hökumət rəsmilərinin hansısa rejim dəyişikliyindən sonrakı "təmizləmə" aktını və dövlət rəsmilərinin toplu olaraq işdən çıxarılmasını ifadə edir.

Qanun layihəsində lüstrasiyaya düşən rəsmilərin siyahısı verilib. Belə ki, lüstrasiyaya prezident, Radanın bütün deputatları və spikeri, hökumət üzvləri, Təhlükəsizlik Xidmətinin, Antimonopoliya Komitəsinin və Dövlət Əmlak Fondunun sədrləri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, gömrük və vergi xidmətlərinin, eləcə də müdafiə sənayesi müəssisələrinin rəhbərliyi məruz qalacaq.

Xatırladaq ki, bir müddət öncə Zelenski Ali Radadan ölkənin Baş Prokuroru Yuri Lutsenkonun və XİN başçısı Pavlo Klimkinin vəzifədən azad edilməsinə razılıq istəyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam