Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Müəllif: cavidan
//
13 Temmuz 2019
//
//

Azərbaycan taekvondoçusu Universiadada bürünc medal qazanıb

Azərbaycan millisi İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında medallarının sayını 5-ə çatdırıb.
Xeberleragentliyi.com APA-ya istinadən bildirir ki, yığmamızın aktivinə növbəti mükafatı taekvondoçumuz Patimat Abakarova yazdırıb.

53 kq çəki dərəcəsində idmançımız bürünc medala sahib olub. O, Çin, Rusiya və Almaniya taekvondoçularına qalib gələrək, yarımfinala vəsiqəni təmin edib. Olimpiya mükafatçımız finala gedən yolda cənubi koreyalı idmançı ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.

Bununla da, taekvondoçularımız Universiadadakı çıxışını başa vurublar.

Qeyd edək ki, P. Abakarovadan öncə atlet Nazim Babayev, idman gimnastı Marina Nekrasova qızıl, cüdoçuların fərdi mübarizəsində Hidayət Heydərov (73 kq) gümüş, komanda yarışında isə Azərbaycan millisi bürünc medal qazanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam