Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır

Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır

Müəllif: cavidan
//
13 Temmuz 2019
//
//

Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır

Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.

Redaktor.az bu barədə “Qarabağ atçılıq zavodu” MMC-yə istinadən məlumat verir.

Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.

Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.

O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.

Qeyd edək ki, Qarabağ atçılıq kompleksi 1994-cü ildən Ağcabədi rayonunun Xamtorpaq kəndində fəaliyyət göstərir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam