Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO

Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO

Müəllif: cavidan
//
12 Temmuz 2019
//
//

Bakıda uşaqların çox sevdiyi məşhur konfetin içindən iynə çıxdı - FOTO

Bakıda məşhur konfet firmalarının birinin istehsalı olan məhsulun içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Xeberleragentliyi.com-ın məlumatına görə, Kamran Əli adlı Bakı sakininin sosial şəbəkədə paylaşdığı fotodan və yazdığı qeyddən aydın olur ki, "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içərisindən ölümcül nəticələrə səbəb ola biləcək dəmir parçası çıxıb.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Kamran Əlinin paylaşımının altında şərh yazan başqa şəxslər də bu konfeti ən çox uşaqların istifadə etdiyini və ortaya çıxan bu skandal məsuliyyətsizin ölümcül nəticələrə səbəb ola biləcəyini, bu məhsulları uşaqlarına verməyəcəklərini yazırlar. (bakupost)
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam