Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün SƏBƏBİ bilindi - TƏFƏRRÜAT » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün SƏBƏBİ bilindi - TƏFƏRRÜAT

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün SƏBƏBİ bilindi - TƏFƏRRÜAT

Müəllif: cavidan
//
12 Temmuz 2019
//
//

Bakıda polis polkovnikin oğlunun faciəvi ölümünün SƏBƏBİ bilindi - TƏFƏRRÜAT

Polis polkovniki Əliaslan Ağayevin oğlu Orxan Ağayevin faciəvi ölümünün təfərrüatı məlum olub.

Xeberleragentliyi.com xəbər verir ki, Bakupost.az-ın ailəyə yaxın şəxslərdən əldə etdiyi məlumata görə, 28 yaşlı O. Ağayevin ölümü intihar yox, qəza olub. Bildirilir ki, gənc oğlanın anası ondan evin pəncərəsinə bağlı paltar asmaq üçün ipi düzəltməyini istəyib. Orxan pəncərədə paltarasılanın ipini düzəldərkən ehtiyatsızlıqdan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Ailənin yaxınları onu da qeyd edir ki, Orxan Ağayev dindar olub və namaz qılırmış. O, həmçinin, Dövlət Yol Polisindəki işini də davam etdirirmiş.

Onu da bildirək ki, faciəvi hadisə baş verən zaman evdə Orxanla bərabər anası da olub və hadisə qadının yanında baş verib.

Qeyd edək ki, O. Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi Əliaslan Ağayevin oğludur.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam