Bakıda “NATO Günləri” başlayıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda “NATO Günləri” başlayıb

Bakıda “NATO Günləri” başlayıb

Müəllif: Anar
//
01 noyabr 2012
//
//

Bakıda “NATO Günləri” başlayıb
Bakıda NATO-nun Müttəfiq Transformasiya Komandanlığı və Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının ekspert qrupu tərəfindən Silahlı Qüvvələrdə “NATO Günləri” keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, nümayəndə heyətinə NATO-nun Hərbi Əməkdaşlıq idarəsinin rəis müavini kontr-admiral İon Dimutrasku (Rumıniya HDQ-i) rəhbərlik edir.

Tədbirin məqsədi Silahlı Qüvvələrin hərbi təhsil müəssisələrində müəllim və komandanlıq heyətinə, kursantlara və dinləyicilərə NATO haqqında ətraflı məlumat verməkdən ibarətdir. Tədbir müddətində iştirakçılara NATO-nun strukturu, yaranma tarixi, məqsədi, siyasəti, strategiyası, konsepsiyası, transformasiya prosesi, islahatlar, tərəfdaşlıq münasibətləri, sülhməramlı və böhranlara cavab vermə əməliyyatları haqqında təqdimatlar verilir və dəyirmi masada müzakirələr aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam