Nazir müavini bahalaşmadan danışdı - "Təlaşa ehtiyac yoxdur" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir müavini bahalaşmadan danışdı - "Təlaşa ehtiyac yoxdur"

Nazir müavini bahalaşmadan danışdı - "Təlaşa ehtiyac yoxdur"

Müəllif: cavidan
//
11 Temmuz 2019
//
//

Nazir müavini bahalaşmadan danışdı - "Təlaşa ehtiyac yoxdur"

"Azərbaycanda kənd təsərrüfatı məhsullarının bahalaşması ilə bağlı təlaşa ehtiyac yoxdur".

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib.

O, bu barədə bəzi məhsulların qiymətinin artmasına münasibət bildirərkən danışıb.

"Kənd təsərürfatı məhsullarının bazarı liberaldır. Qiyməti tələb-təklif tənzimləyir. Biz nə istehsalçının, nə də istehlakçının ziyana düşməsini istəyirik. Sadəcə, bəzi məhsullar mövsümdən və iqlim şəraitində asılı olaraq bahalaşır və yaxud ucuzlaşır", - deyə o qeyd edib.

"Bu yaxınlarda dövlət kartof və soğanın ixracına məhdudiyyətlər tətbiq etdi. Zərurət yaranarsa, daxili bazarın tənzimlənməsi ilə bağlı bu kimi tədbirlər həyata keçiriləcək", - deyə İ.Quliyev əlavə edib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam