AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

Müəllif: cavidan
//
11 Temmuz 2019
//
//

AvroLiqa sınağı - İdman şərhçiləri “Neftçi” və “Səbail”dən qələbə gözləyir

Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.



Modern .az –ın məlumatına görə, I təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.



Qol.az saytının baş redaktoru Aydın Bağırov oyunla bağlı Modern.az-a bunları bildirib.

“Xatırladım ki, Azərbaycan 1994-cü ildən Avro Liqada yarışlar keçirir. Bugünkü oyun da standart oyunlardan hesab olunur. Hər bir klub Avro Liqada iştirak etməklə özünə təcrübə qazanmış olur. Təcrübə qazanmalarına baxmayaraq, bizim klublar Avropa kuboklarında uğur qazana bilmir. Son illər davamlı olaraq Qarabağ, iki dəfə Qəbələ, bir dəfə də Neftçi qrupda oynayıb.



Aydın Bağırov bugünkü oyunda “Neftçi”ni favorit hesab edir.

“Mustevar və Dabo zədə aldıqları üçün oyunu sadəcə izləyə biləcəklər. Əsas oyunçuların iştirak etməməsi yəqin ki, oyunun gedişatına da müəyyən təsirini göstərəcək. Səbail komandası da ilk dəfədir Avro liqada oynayacaq. Neftçi ilə müqayisədə o qədər də təcrübəli deyillər. Hər halda uduzsalar belə faciə hesab olunmaz. Əksinə onlara bir sınaq olar ki, növbəti oyunlarda daha da yaxşı oyun nümayiş etdirə bilsinlər”.



CBC Sportun şərhçisi Gündüz Abbaszadə Modern.az saytına danışarkən qəqibi ilə müqayisədə Neftçini daha şanslı hesab etdiyi söyləyib.

“Komandaların uğurlu oyun nümayiş etdirəcəyini əvvəlcədən bilmək olmur. Həm Neftçi, həm də Səbail bizim üçün sirlidir. Ona görə ki, hər iki komandaya yeni transferlər olub. Oyunçuların komandaya uyğunlaşa bilib - bilməmələrini oyunun gedişatında hiss etmək olacaq”.



Gündüz Abbaszadə “Neftçi”nin də, “Səbail”in də mərhələ keçəcəyinə inamını ifadə edib.

“İstənilən məqamda Neftçi bu mərhələni keçə bilməsə bu bağışlanmaz bir haldır. Nədənsə düşünürəm ki, Neftçi bu mərhələni keçəcək. Səbail komandası haqqında onu deyə bilərəm ki , ən çətin rəqib onun püşkünə düşüb. Avro kuboklarda ilk dəfə çıxış edəcək. Reytinqi digər komandalarla nisbətdə aşağıdır. Ancaq Səbail komandası bizlərə surpriz də edə bilər. Mütləqdir ki, öz reytinqi üçün uğurlu nəticə əldə etsin. Səbirsizliklə bu matçları gözləyirəm. Ümid edirəm ki, hər 3 komandamız növbəti mərhələyə vəsiqə qazanacaq. Qarabağı da bura aid edirəm”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam