Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Müəllif: cavidan
//
09 Temmuz 2019
//
//

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

İyulun 9-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin 15 milyon manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.7122 AZN (9.9000 faiz) və 100.7774 AZN (8.7000 faiz) olan 15 sifariş təqdim olunub.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.3101 (8.8799 faiz), orta ölçülmüş qiyməti 100.3666 (8.8581 faiz) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 49 milyon 646 min 400 AZN, yerləşdirilmiş həcmi isə 15 milyon AZN təşkil olunub. İstiqrazlar 2022-ci il iyulun 5-də ödəniləcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam