Çin klubundan Beylə fantastik təklif » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Çin klubundan Beylə fantastik təklif

Çin klubundan Beylə fantastik təklif

Müəllif: cavidan
//
09 Temmuz 2019
//
//

Çin klubundan Beylə fantastik təklif

"Real"ın futbolçusu Qaret Beyl Çin klublarının birindən fantastik təklif alıb.

Qol.az-ın xəbərinə görə, bu barədə "El Chiringuito" proqramında bildirilib.Adı açıqlanılmayan Çin klublarından birinin uelsli oyunçuya həftəsinə 1 milyon 300 min avro təklif etdiyi iddia olunub. Bu isə onun Madrid təmsilçisində qazandığı maaşdan iki dəfə çoxdur. Ancaq "Real"ın bu transferə qarşı olduğu vurğulanıb. Çünki çinlilər 29 yaşlı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir. Madrid təmsilçisi isə Beyli pulsuz buraxmaq niyyətində deyil.

Qeyd edək ki, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Qareti komandada görmək istəmədiyi yazılır. Oyunçu özü isə Madrid klubundan ayrılmağı düşünmədiyini açıqlayıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam