“Bəzi xarici şirkətlər bizə mane olur” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Bəzi xarici şirkətlər bizə mane olur”

“Bəzi xarici şirkətlər bizə mane olur”

Müəllif: Anar
//
28 dekabr 2012
//
//

 “Bəzi xarici şirkətlər bizə mane olur”

Bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirəyə çıxarılıb.

xeberleragentliyi/com-un verdiyi məlumata görə, sənəd barədə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Əli Hüseynli deyib ki, müəssisələr həmkarlar təşkilatı üçün nəzərdə tutulan üzvlük haqqı mühasibatlıq vasitəsi ilə 4 gün ərzində həmin müəssisənin həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməlidir.

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik isə əgər bu vəsait 4 gün ərzində həmkarlar ittifaqı təşkilatının hesabına köçürülməzsə, müəssisənin vəzifəli şəxsləri üçün məsuliyyəti nəzərdə tutur. Söhbət cərimələrdən gedir. Müəssisələrin mülkiyyət formasından asılı olmayaraq, vəzifəli şəxslər 1500 manatdan 2000 min manata qədər cərimə olunacaqlar.

Millət vəkili, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib ki, son illərlə qədər transmilli şirkətlər həmkarlar ittifaqlarının yaradılmasına mane olublar: “Məsələn, BP-nin ayrı-ayrı qurumlarında bu problemlər var. Səttar Mehbalıyevdən xahiş edirəm ki, indi bu qurumlarda olan vəziyyət barədə bizə məlumat versin”.

Millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycanda xarici təşkilatlarda ya həmkarlar ittifaqları yoxdur, ya da həmin həmkarlar təşkilatlarının rəhbərləri elə şirkətlərin özü tərəfində təyin olunur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, həm özəl, həm də dövlət müəssisələrində müəssisələrdə üzvlük haqqı tutulsa da, həmkarlar ittifaqlarına köçürülməsində problemlər müşahidə olunub: Ödəmə yoxdursa, bu, mənimsəmədir. Söhbət milyonlarla manatın mənimsənilməsindən gedir. Transmilli şirkətlərə gəlincə, biz bu məsələ ilə əlaqədar böyük mübarizə aparmışıq. Hazırda xarici təşkilatların 50-55 faizində həmkarlar ittifaqları yaradılıb”.

O qeyd edib ki, indi də bəzi xarici təşkilatlar həmkarlar ittifaqlarının yaradılmasına mane yaradır: “Bəzi xarici şirkətlər bizim işçilərlə görüşlərimizə mane olur. Digər problem odur ki, biz transmilli şirkətlərin qazanclarının müəyyən hissəsini o müəssisələrdə çalışan Qarabağ əlillərinin, şəhid ailələrinin, işçilərin ehtiyaclarının təmin olunmasına, istirahətinə sərf etsinlər. Məsələn, ARDNŞ bu istiqamətdə addımlar atır”.
Səttar Mehbalıyev onu da bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bu il 365 müəssisədə həmkarlar ittifaqlarının yaradılmasına nail olub.

Səttar Mehbalıyev qeyd edib ki, qeyri-məşğulluqla mübarizə aparılır: “İnsanlar evdə çalışırsa, tutaq ki, dayəlik edirsə, ev sahibi ilə müqavilə bağlamalıdır. Müqavilədə iş saatları və digər şərtlər əks olunmalıdır. Ölkə prezidentinin əmək müqaviləsinin imzalanması ilə bağlı tapşırığından sonra 350 min insan əmək müqaviləsi imzalanıb”.

Spiker Oqtay Əsədov isə Səttar Mehbalıyevin mənimsəmə ilə bağlı fikrinə etiraz edib: «Həmkarlar təşkilatına ödənilməli olan üzvlük haqlarının mənimsənildiyini söylədiniz. Bu vəsaitləri mənimsənilir yox, başqa istiqamətlərə xərclənir demək daha yaxşı olardı”.

Yekunda sənəd qəbul olunub, Əmək Məcəlləsində də müvafiq dəyişiklik edilib.
Xəbər Lenti Giriş Populyar Reklam
Manatın YENİ MƏZƏNNƏSİ 19-10-2018, 18:03Manatın YENİ MƏZƏNNƏSİ