68 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » 68 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

68 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

Müəllif: cavidan
//
09 Temmuz 2019
//
//

68 dövlət əmlakı özəlləşdirilir - VAXT açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 6 avqust tarixində keçiriləcək.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, iştirak etmək istəyənlər budəfəki hərracda 68 dövlət əmlakı üzrə seçim edə biləcək. Onlardan 36-sı kiçik dövlət müəssisəsi, 10-u qeyri-yaşayış sahəsi, 22-si isə səhmdar cəmiyyətidir.

Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Zərdab, İsmayıllı və digər regionlarda yerləşir. 30%-45%-lik səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri nəqliyyat, kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə fəaliyyət göstərir. Onlara "İsmayıllı Təmir Tikinti", "Salyan Aqrotexservis", "Cəlilabad Məişət" kimi səhmdar cəmiyyətləri aiddir.

Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Ticarət və xidmət obyektləri, mehmanxana, sanatoriya və digər dövlət əmlaklarının investorlar üçün gəlirli fəaliyyət imkanları var. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət obyekti Şəmkir rayonu, Keçili kəndində yerləşir. Zavod filialı olan bu obyekt 27 min kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb.

Qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 24.3 kv.m ilə 213.7 kv.m arasındadır. Bu dövlət əmlaklarından 4-ü paytaxtda, digərləri isə Sabirabad, Daşkəsən, Sumqayıt kimi şəhər və rayonlarda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 54.4 kv.m-dir. Xidmət obyekti və ya ofis kimi istifadəyə uyğun olan dövlət əmlakının ilkin hərrac qiyməti 6 min 300 manatdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam