Nazirlik rəsmisi: Əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazirlik rəsmisi: Əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb

Nazirlik rəsmisi: Əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb

Müəllif: cavidan
//
05 Temmuz 2019
//
//

Nazirlik rəsmisi: Əmək müqavilələrinin sayında 81 min artım qeydə alınıb

Əmək münasibətləri sahəsində şəffaflığın təmin edilməsi və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması məqsədilə Vergi Məcəlləsində fiziki şəxslərin muzdlu işlə əlaqədar əldə olunan gəlirlərinə vergi güzəştlərini nəzərdə tutan müddəalar daxil edilib. Bu dəyişiklik qeyri-leqal əməkhaqlarının rəsmiləşdirilməsinə xidmət edəcək.

AZƏRTAC xəbər verir ki, Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov da əmək münasibətlərinin leqallaşdırılması sahəsində ciddi irəliləyişlərin olduğunu deyib.

Onun sözlərinə görə, dövlət tərəfindən işəgötürənlərə verilən bu böyük güzəşt - qeyri-neft sektorunun özəl bölməsində aylıq əməkhaqqı 8 min manatadək olduqda gəlir vergisinin 0 dərəcə ilə hesablanması nəticəsində bu ilin ilk 4 ayında əməkhaqlarında ciddi "ağarma" müşahidə edilib. Əmək müqavilələrinin sayında 81 min artım baş verib ki, bunun da 58 mini qeyri-neft sektorunun özəl bölməsinin payına düşür.

Nazirlik rəsmisi əmək münasibətlərinin leqallaşdırılması ilə bağlı bir mühüm faktı da qeyd edib: "Cari ilin ilk 4 ayında qeydə alınmış 81 min artım bu sahədə "ağarma" faktorunu bir daha sübut edir".

Diqqətə çatdırıb ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrindəki artımın 60 faizə yaxını ticarət, tikinti və xidmət sektorunda çalışanların payına düşür. Halbuki bu ilə qədər əmək müqavilələrinin bağlanmasından yayınma halları məhz bu sahələrdə müşahidə olunurdu.

N.Şirinov başqa bir maraqlı məqamı da vurğulayıb: "Gəlir vergisindən 8 min manata qədər güzəşt verildiyi üçün bu vergi üzrə daxilolmalarda hər hansı ciddi artım gözlənilmir. Lakin məcburi dövlət sosial sığorta haqlarının toplanmasında ciddi artımlar baş verib. Əgər ötən ilin ilk 4 ayı ilə bu ilin analoji dövrünü müqayisə etsək, məcburi dövlət sığorta haqları üzrə yığımda 17 faizədək artım müşahidə olunduğunu görərik".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam