Şakiranın oğlu olub » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Şakiranın oğlu olub

Şakiranın oğlu olub

Müəllif: 6574217
//
28 Aralık 2012
//
//

Şakiranın oğlu olub

Dekabrın 27-də 35 yaşlı dünyaca məşhur müğənni Şakira ilk dəfə ana olub. APA-nın məlumatına görə, bununla bağlı Şakira özü sosial bloqunda xəbər verib.

Müğənni ana olmasından dolayı hədsiz xoşbəxt olduğunu qeyd edib: “Bizim oğlumuz dünyaya gəlib. Biz çox şadıq və hər kəsə təbrik üçün təşəkkür edirik”.

Uşaq Barselonada dünyaya göz açıb. Şakiranın oğlunun atası İspaniyanın “Barselona” klubunun 25 yaşlı futbolçusu Jerar Pikedir. Şakira və Jerar cütlüyü hələ ki uşağın adını açıqlamırlar.

Xatırladaq ki, ana olmağa hazırlaşan Şakira bir müddət əvvəl Bakıda konsert proqramı ilə çıxış edib.
Xəbər Lenti Giriş Populyar Reklam