“Azərbaycan xalqını sevən ermənilər hələ də var və onlar münaqişənin həllində öz sözlərini deməlidirlər” » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » “Azərbaycan xalqını sevən ermənilər hələ də var və onlar münaqişənin həllində öz sözlərini deməlidirlər”

“Azərbaycan xalqını sevən ermənilər hələ də var və onlar münaqişənin həllində öz sözlərini deməlidirlər”

Müəllif: Anar
//
28 dekabr 2012
//
//

“Azərbaycan xalqını sevən ermənilər hələ də var və onlar münaqişənin həllində öz sözlərini deməlidirlər”

“Dağlıq Qarabağın erməni icması Azərbaycanın onlar üçün yaratdığı imkandan istifadə edərək təklif olunan statusdan yararlanmalıdırlar. Ermənilər sülh danışıqlarına ciddi qiymət verməli və bunu qısa zamanda dəyərləndirməlidirlər”.

devletpress.az-ın xəbərinə görə, bunu “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov jurnalistlərə açıqlamasında deyib: “Azərbaycan artıq 1990-cı illərin Azərbaycanı deyil. Erməni cəmiyyəti, xüsusən də Qarabağda yaşayan ermənilər bunu nəzərə almalıdırlar. Azərbaycanlıların və ermənilərin əvvəllərdə olduğu kimi, sülh şəraitində yaşamasına mane olan məqamları erməni ictimaiyyəti bilir və bunu aradan qaldırmalıdırlar. Bunu qiymətləndirməyən ermənilər bilsinlər ki, onlar bu mövqe ilə Dağlıq Qarabağda çox yaşaya bilməyəcəklər. Yaxşı olar ki, özlərinə başqa yaşayış yeri tapsınlar. Çünki bura bizim ata-baba torpaqlarımızdır”.

B. Səfərov Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının görüşü barədə suala cavab olaraq bu görüşlərin davamlı keçirilməsinin tərəfdarı olduğunu deyib: “Biz xalqın və gənclərin gələcəyini, millətinin firavan yaşayışını düşünən bütün erməni ziyalıları ilə və sadə insanlarla hər zaman oturub danışıqlar aparmağa hazırıq və bunu istəyirik. Bir daha xatırladıram ki, biz əvvəllər bir yerdə yaşamışıq. Biz bir-birimizin xeyir-şərimizdə iştirak etmişik. Məni tanıyan ermənilər də az deyil. İnanıram ki, Azərbaycan xalqını sevən, onlarla olan dostluğu unutmayan ermənilər hələ də var və onlar bu münaqişənin həllində öz sözlərini deməlidirlər. Həmin ermənilər Azərbaycan bayrağının altından keçərək, onu, ərazi bütövlüyünü tanıyaraq bizimlə bir ölkədə yaşamağa hazırdırlar. Sadəcə, onlar bu mövqeni açıqlamağım təhlükəli olduğunu bildiklərindən ciddi addım ata bilmirlər”.
Xəbər Lenti Giriş Populyar Reklam