İran “erməni oyunu”nda: Tehran imtina edəcəkmi? - TƏHLİL » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İran “erməni oyunu”nda: Tehran imtina edəcəkmi? - TƏHLİL

İran “erməni oyunu”nda: Tehran imtina edəcəkmi? - TƏHLİL

Müəllif: cavidan
//
01 Temmuz 2019
//
//

İran “erməni oyunu”nda: Tehran imtina edəcəkmi? - TƏHLİL

İran avqustun 6-dək Xankəndidə keçiriləcək panerməni oyunlarına nümayəndə heyəti göndərməkdən imtina etməsi barədə məlumat yaymalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında İrandan panerməni oyunlarına 245 müraciətin daxil olması barədə Ermənistanın yaydığı məlumata münasibət bildirən ermənişünas İsmayıl Tanrıverdi deyib.

İ.Tanrıverdinin sözlərinə görə, panerməni oyunlarına ən çox nümayəndə heyəti göndərən ölkələrdən birinin İran olması narahatedici məqamdır:

“Panerməni oyunlarında ümumilikdə beş min idmançının iştirak edəcəyi bildirilir. Erməni mətbuatının yaydığı məlumata görə, ən böyük nümayəndə heyəti göndərən ölkələr ABŞ, Rusiya, Fransa, Livan, Misir və İrandır. Ermənistan bu oyunlarla bağlı çox güclü təbliğat aparır. Hətta Türkiyədə yaşayan ermənilər arasında belə təbliğat aparılıb. Hesab edirəm ki, İran avqustun 6-na qədər oyunlarda iştirak etməkdən imtina barədə məlumat yayacaq. Bu cür qanunsuz əməllərə son qoyulmalıdır. Əks halda Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır”.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu isə bildirib ki, Qarabağ ərazisində keçirilən panerməni oyunlarına İranın nümayəndə heyəti göndərməsi barədə yayılan məlumatlar dezinformasiya ola bilər:

“Ermənistan hər zaman bizim hansısa ölkə ilə münasibətlərimizi pozmaq üçün yalan məlumatlar yayır. Belə məlumatları araşdıranda görürük ki, xəbər doğru deyil. Dəfələrlə belə hallar olub.

Lakin məsələ araşdırılmalı və həqiqət üzə çıxmalıdır. Hesab edirəm ki, İran hakimiyyəti bu qədər riskə gedərək idmançılarını işğal altındakı Qarabağ torpaqlarına göndərməz. Əgər rəsmi Tehranın istəyi xaricində kimlərsə öz təşəbbüsü ilə bu oyunlara qoşulmaq üçün müraciət edibsə, onda bununla bağlı İranla Azərbaycanın müvafiq qurumları birgə addım ata bilər”.

Qeyd edək ki, Qarabağda keçiriləcək panerməni oyunlarında iştirak etmək üçün İrandan artıq 245 müraciətin daxil olduğu barədə Ermənistan məlumat yayıb. Onlardan 170-i Tehran, 36-sı Təbriz, 39-u isə İsfahan və Şahinşəhr təmsilçisi olduğu bildirilir.

Bundan öncə isə Türkiyə, Gürcüstan və İranın bu oyunlardan imtina etdiyi bildirilmişdi.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam