“Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik” » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » “Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik”

“Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik”

Müəllif: Anar
//
01 Kasım 2012
//
//

“Yaxın zamanlarda qələbə gününü qeyd edəcəyik”
“Bülbül ölkəmizin gözəl diyarında - Qarabağda dünyaya gəlib, Şuşada doğulub. Qarabağın gözəl təbiəti, havası, bulaqları, gözəl mənzərələri ona güc, ilham verirdi. Onun təkrarolunmaz səsi məhz Qarabağ diyarının sərvətlərindən, nemətlərindən qaynaqlanırdı”.

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev Bakıda görkəmli opera müğənnisi Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Bülbülün doğulduğu Şuşa şəhəri 20 ildən artıqdır ki, erməni işğalı altındadır: “Ermənilər tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti törədilib. Bu etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşüb. Bizə qarşı soyqırımı törədilib. Artıq dünyanın üç ölkəsi bunu soyqırımı kimi rəsmən tanıyıbr və bu proses davam etdirilir. Eyni zamanda, bizə qarşı mədəni soyqırımı törədilib. Bizim dini, tarixi, mədəni abidələrimiz dağıdılıb. Onların içində Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin Şuşadakı büstləri erməni güllələri ilə deşik-deşik edilib. O büstlər bu gün İncəsənət Muzeyində saxlanılır. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir. Bülbülün Şuşadakı evi yarıdağılmış vəziyyətdədir”.

“Mən əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü, öz suverenliyini bərpa edəcək. Bunu deməyə əsas verən müxtəlif amillər var. İldən-ilə artan gücümüz, qüdrətimiz, beynəlxalq müstəvidə artan təsir imkanlarımız, beynəlxalq aləmin Azərbaycanın haqq işinə dəstək olması, beynəlxalq hüquq normalarının Azərbaycanın mövqeyini dəstəkləməsi və əlbəttə, bizim iqtisadi qüdrətimiz qələbə gününü yaxınlaşdırır. Mən əminəm ki, yaxın zamanlarda biz qələbə gününü qeyd edəcəyik”, - İlham Əliyev bəyan edib.

Prezident deyib ki, bütün dünya ictimaiyyəti məsələ sülh yolu ilə həllinə çalışır: “Biz də bunun tərəfdarıyıq. Ancaq eyni zamanda, biz istənilən varianta da hazırıq. Heç vaxt imkan vermərik ki, qədim Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın və mütləq ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ondan sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin abidələri yenə də Şuşada qoyulacaq. Əminəm ki, biz o abidələrin açılışında iştirak edəcəyik və Xankəndidə, Şuşada Azərbaycanın milli bayrağı qaldırılacaq”.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam