Azərbaycan polisi 8 gün xüsusi rejimdə çalışacaq » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan polisi 8 gün xüsusi rejimdə çalışacaq

Azərbaycan polisi 8 gün xüsusi rejimdə çalışacaq

Müəllif: Anar
//
27 dekabr 2012
//
//

Azərbaycan polisi 8 gün xüsusi rejimdə çalışacaq

Azərbaycan polisi 8 gün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidovun xeberleragentliyi.com-a verdiyi məlumata görə, dekabrın 31-dən yanvarın 7-dək daxili işlər orqanları gücləndirilmiş iş rejiminə keçəcək. Bununla bağlı daxili işlər naziri Ramil Usubov əmr imzalayıb.

Əmrə görə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar Daxili İşlər Nazirliyinin bütün orqan və hissələrinin şəxsi heyəti ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün bayram ərəfəsində və bayram günləri gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Şənliklərin təşkil olunduğu, insanların çox toplaşdığı yerlərdə polis naryadlarının sayı artırılacaq. Respublika ərazisində ictimai qayda və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bütün qüvvə və imkanlar səfərbər ediləcək.
Xəbər Lenti Giriş Populyar Reklam