Qızmar istilər GƏLİR - XƏBƏRDARLIQ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Qızmar istilər GƏLİR - XƏBƏRDARLIQ

Qızmar istilər GƏLİR - XƏBƏRDARLIQ

Müəllif: cavidan
//
22 Haziran 2019
//
//

Qızmar istilər GƏLİR - XƏBƏRDARLIQ

İyunun 23-də Bakıda və Abşeron yarımadasında havanın günəşli olması gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sonxeber.az-a bildirilib ki, səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

REKLAM

Daha ətraflı

Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti təşkil edəcək.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti:

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) - Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında:

Hava əsasən yağmursuz olacaq, lakin axşam bəzi dağlıq rayonlarda qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 22-27° isti təşkil edəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam