Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir

Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir

Müəllif: cavidan
//
22 Haziran 2019
//
//

Dağıstan Hacı Murada görə Azərbaycandan üzr istəyir

Respublikanın Xunzax rayonunda Qafqaz müharibəsinin qəhrəmanı Hacı muradın qalıqlarının yenidən dəfn edilməsi mərasiminin keçirilməsi ilə əlaqədar Dağıstan nümayəndə heyəti Azərbaycana gəlmək niyyətindədir.

Unikal.org Regnum-a istinadən xəbər verir ki, bunu «Lev Tolstoy və Dağıstan» layihəsinin koordinatoru Cəmaluddin Ömərov və «Qafqaz xalqlarının Rusiya konqresi» ümumrusiya hərəkatının sədr müavini Denqa Xalidov bildiriblər.

Xatırladaq ki, iyunun 2-də Dağıstanın Xunzax kəndində 1853-cü ildə Azərbaycanın Qax rayonunda – qətlə yetirildiyi yerdə dəfn edilmiş Hacı Muradın güman edilən qalıqlarının Dağıstanın Xunzax kəndində yenidən dəfni mərasimi keçirilmişdi. Xunzax rayonunun yetirməsi, Dövlət Dumasının deputatı Hacımurad Ömərov tədbirin təşəbbüskarı və bilavasitə iştirakçısı olmuşdu. Məlumat verilirdi ki, naibin qalıqları Azərbaycanda gizli şəkildə qəbirdən çıxarılaraq ölkədən aparılmışdı.

Onların sözlərinə görə, təşəbbüs qrupu Qax və Zaqatala rayonlarının ictimaiyyəti və rəhbərliyi ilə görüşəcək və imam Şamilin naibinin ilk dəfninin yerinin status müəyyənləşdiriləcək.

«Xunzax rayonunda bizim təşkilat komitəmizin, yerli administrasiyanın, ictimaiyyətin və naibin nəslindən olan insanların iştirakı ilə kiçik forum keçirildi. Onların hamısı Hacımurad Ömərovun qrupunun hərəkətlərini ittiham etdilər, lakin yenidən dəfni baş vermiş fakt kimi qəbul etdilər. Qalıqları yenidən Azərbaycana qaytarmağın mənası yoxdur. Bundan sonra kəllənin geri qaytarılması və qalıqlarla birləşdirilməsi ilə məşğul olacağıq», — Denqa Xalidov deyib.

Müzakirələrin gedişində həmçinin qərar qəbul edilib ki, Azərbaycanın Qax və Zaqatala rayonlarına səfər üçün nümayəndə heyəti formalaşdırılsın.

«İlk növbədə, Hacımurad Ömərovun hərəkətlərinə görə üzr istəmək istəyirik və izah etmək istəyirik ki, baş verənlərdə ondan başqa heç kimin təqsiri yoxdur. Hamı yenidən dəfnin əleyhinə idi, lakin o, heç kimdən soruşmadı», — Cəmaluddin Ömərov deyib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam