Rusiyada jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Rusiyada jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Rusiyada jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Müəllif: cavidan
//
22 Haziran 2019
//
//

Rusiyada jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Rusiyada saxlanılmış jurnalist Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb.

Xeberleragentliyi.com apa.az-a istinadən xəbər verir ki, bu barədə Fuad Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də aparılan axtarışdan sonra Fuad Abbasovun ailəsi ciddi narahatlıq keçirib:


"Çox güman ki, hansısa işlə əlaqədar bu axtarış aparılıb. Axtarışın hansı səbəbdən aparıldığını aydınlaşdıracağıq".

Qeyd edək ki, dünən axşam saatlarında evlərində axtarış aparılması və bütün elektron avadanlıqların götürülməsi barədə məlumat F.Abbasovun "Facebook" səhifəsində də qeyd olunub.

Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.

Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə və bu həftə ərzində iki dəfə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam