"Aeroflot" Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » "Aeroflot" Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb

"Aeroflot" Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb

Müəllif: cavidan
//
22 Haziran 2019
//
//

"Aeroflot" Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb

Rusiyanın ən böyük hava yolları şirkəti olan “Aeroflot” iyulun 8-dən etibarən Gürcüstana uçuşları tamamilə dayandırılacağını açıqlayıb.

Redaktor.az-ın apa.az-a istinadən verdiyi xəbərə görə, bu barədə hava yolları şirkəti öz saytında məlumat dərc edib.

Aviaşirkət bildirib ki, iyulun 8-i və ya sonrakı günlərdə Rusiyaya səfər üçün bileti olan sərnişinlər bu səfəri heç bir əlavə ödəniş etmədən daha erkən tarixə keçirə bilər və ya biletləri qaytara bilərlər.

Gürcüstana səfər edəcək sərnişinlər də biletləri geri qaytara bilərlər və onlar ödənişlərini tam geri alacaqlar.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam