“Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək” » www.xeberleragentliyi.com
29/10/2012 | Əlaqə

» » “Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”

“Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”

Müəllif: Anar
//
27 Aralık 2012
//
//

OXUNUB:301
“Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”

Azərbaycanda seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi, xalqın öz iradəsini tam sərbəst şəkildə ifadə etməsi üçün zəruri şərait təmin edilib. 2013-cü il prezident seçkiləri də bu mənada istisna olmayacaq”.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov YAP-ın saytına müsahibəsində deyib.

Ə. Həsənov bildirib ki, insanlar seçimlərini edərkən bu günün reallıqlarını rəhbər tutur və qarşıdan gələn dövrdə ölkənin inkişafını təmin edə biləcək liderə səs verirlər: “Bu günün reallığı isə ondan ibarətdir ki, Azərbaycan xalqı prezident İlham Əliyevin milli maraqlara hesablanmış, ölkənin hərtərəfli inkişafını təmin edən, onun beynəlxalq nüfuzunu yüksəldən daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyir.

Cənab İlham Əliyev öz prezidentlik fəaliyyətində daim xalqa söykənir və onun yüksək etimadına arxalanır. Dövlət başçısı tərəfindən qəbul edilən bütün qərarlar cəmiyyət tərəfindən təqdir olunur və yüksək qiymətləndirilir. Ölkəyə rəhbərliyi dövründə - 2003-cü ildən bu günə kimi cənab prezident xalqın etimadını, gözləntilərini, arzu və istəklərini öz əməli fəaliyyəti ilə tam doğruldub. İctimai rəyin öyrənilməsini həyata keçirən müstəqil sorğu mərkəzlərinin araşdırmaları göstərir ki, bu günə kimi Azərbaycanın inkişafı ilə bağlı həyata keçirilən siyasət və sistemli tədbirlər qarşıdan gələn dövrdə də davam etdirilməli, 10 illik perspektivə hesablanmış “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasının reallaşdırılması təmin olunmalıdır. Bu reallıqları nəzərə alaraq birmənalı şəkildə demək olar ki, qarşıdan gələn illərdə də Azərbaycan xalqı prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zəfərlərə doğru addımlamaqda davam edəcək”.
Adınız:
E-Mail:
Kalın İtalik Altı Çizili Üzeri Çizili | Sola Yasla Ortala Sağa Yasla | İfade Ekle Bağlantı EkleKorumalı Link Girin Renk Seç | Gizli Metin Alıntı Ekle Farklı Bir Alfabe ile Yazılmış Olan Seçili Metni Kiril Alfabesine Çevir Spoiler Ekle
Kodu daxil et:
Xəbər Lenti Giriş Populyar Reklam