Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK

Müəllif: cavidan
//
19 Haziran 2019
//
//

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır- ARTIM 660 MİN NƏFƏRİ ƏHATƏ EDƏCƏK

Azərbaycanda pensiyaların minimum məbləği 200 manata çatdırılır: Artım 660 min nəfəri əhatə edəcək

Ölkə Prezidenti İlham Əliyevin yeni qanunvericilik təşəbbüsü olaraq, əmək pensiyasının minimum məbləğinin 25 faiz artırılaraq cari il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılması nəzərdə tutulur.

Anews.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, təşəbbüsə uyğun olaraq əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq artıq Milli Məclisə təqdim olunub.Minimum pensiya məbləğinin artırılması ümumilikdə 660 min pensiyaçını əhatə edəcək. Artımın edilməsi üçün illik 216 milyon manat, cari il (oktyabr-dekabr ayları) üzrə 62 milyon manat əlavə vəsait yönəldiləcək.

Bu artım Prezident İlham Əliyevin təşəbbüsü ilə cari il ərzində əmək pensiyasının minimum məbləğinin artırılması istiqamətində atılan artıq ikinci mühüm addımdır. Bundan əvvəl də dövlət başçısının qanunvericilik təşəbbüsü əsasında pensiyanın minimum məbləği cari il martın 1-dən orta hesabla 40 faizədək artırılaraq 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata çatdırılmış, həmin artım ümumilikdə 233 min pensiyaçını əhatə etmişdi.
Beləliklə, təkcə bu il ərzində Azərbaycanda minimum pensiyanın məbləğində 72,4 faiz artım edilməklə, bu məbləğin 116 manatdan 200 manata çatdırılması təmin edilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam