Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

Müəllif: cavidan
//
17 Haziran 2019
//
//

Afrikalı futbolçu Azərbaycan klubunda qalmaq istəməyib

"Səbail" komandası futbolçusu Maudo Jarjue ilə yollarını ayırıb.

Bu barədə "Report"a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib.

38 yaşlı mütəxəssis bildirib ki, qvineya-bisaulu müdafiəçi klubun müqaviləni yeniləmək barədə təklifinə müsbət cavab verməyib.

Hacıyev deyib ki, Jarjue başqa bir komandaya keçəcəyini söyləyib: "Agenti ona başqa klub tapıb. "Səbail"lə müqaviləsi başa çatdığı üçün istədiyi yerə gedə bilər. Jarjueni növbəti mövsüm komandamızda görmək istəyirdik. Ona qalmağı təklif etmişdik".

Qeyd edək ki, Maudo Jarjue 2017-ci ilin iyul ayında "Səbail"ə transfer olunub. Paytaxt klubu Premyer Liqada 2018/2019 mövsümünü 41 xalla üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam