Sabah hava BELƏ OLACAQ » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabah hava BELƏ OLACAQ

Sabah hava BELƏ OLACAQ

Müəllif: cavidan
//
17 Haziran 2019
//
//

Sabah hava BELƏ OLACAQ

iyunun 18-də gözlənilən hava şəraiti haqqında məlumatı ETSN-ə istinadən təqdim edir:

Bakıda və Abşeron yarımadasında

Yağmursuz. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti,

Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx)

Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam